Kredit/Debet Kartlarının Təhlükəsizliyi:
- iShopaz platforması Satıcılarla Alıcıları bir araya gətirən bir vasitəçi
platformadır və Alıcılara qarşı birbaşa hər hansı bir məhsul və ya xidmət
satışı həyata keçirmir. Tərəfinizdən alınan məhsullar iShopaz tərəfindən
deyil, Satıcılar tərəfindən satışa çıxarılır və satın aldığınız təqdirdə sizə
Satıcılar tərəfindən göndərilir.
- iShopaz üzərindən edəcəyiniz bütün alış-verişlərdə istənilən bankın kredit
və debet kartları ilə ödəniş edə bilərsiniz.
- iShopaz vasitəsilə bank kartı ilə edəcəyiniz alış-verişlərdə platforma
təhlükəsizliyiniz üçün ən son texnologiyalardan istifadə edir və lisenziyalı
ödəniş xidməti təminatçıları (Epoint) ilə əməkdaşlıq edir.
- Fərdi məlumatların daxil edildiyi hər bir səhifədə internet brauzerinizdə
görünən kilid simvolu brauzeriniz vasitəsilə göndərilən heç bir məlumatın
üçüncü şəxslər tərəfindən izlənilməməsi üçün lazımi təhlükəsizlik
tədbirlərinin (SSL sertifikatı və s.) görüldüyünün təminatıdır.
- Təhlükəsizlik məqsədilə iShopaz vasitəsilə verəcəyiniz hər bir sifariş
zamanı kart məlumatlarınızı yenidən daxil etməyiniz lazımdır. iShopaz sizin
fərdi məlumatlarınızı, bank kartı nömrənizi və ya kartın PİN/CVV kodlarını heç
bir şəkildə qeydə almır və ya saxlamır.
- iShopaz platformasının Satıcı və/yaxud Ödəniş Xidməti Təminatçısının
saxladığı/saxlayacağı məlumatlara görə heç bir məsuliyyəti yoxdur.
3D Təhlükəsizlik / 3D Secure:
- 3D Təhlükəsizlik (3D Secure), onlayn alış-verişlərin təhlükəsizliyini təmin
etmək məqsədilə beynəlxalq kart təşkilatları tərəfindən hazırlanmış bir
eyniləşdirmə (autentifikasiya) sistemidir. Bu üsulla həyata keçirilən
alış-verişlərin etibarlı sayılması üçün kart sahibinin əməliyyatı özünə
göndərilən birdəfəlik xüsusi şifrə (OTP) ilə təsdiqləməsi lazımdır.
- iShopaz üzərindən edəcəyiniz alış-verişlərdə bankınız bu təhlükəsizlik
sistemini dəstəklədiyi təqdirdə ödənişinizi 3D Secure şifrənizi istifadə
edərək həyata keçirməyiniz təmin edilir.
Bu Qaydalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mərkəzi Bankının təhlükəsizlik standartlarına tam uyğundur.