iShopaz platforması üzərindən həyata keçirilən satışlarda təqdim olunan
Xidmətlərə görə Satıcı tərəfindən ödəniləcək xidmət haqlarına və Alıcı
tərəfindən edilən ödənişlərin Azərbaycan Respublikası hüdudlarında qəbul
edilərək Satıcıya köçürülməsinə dair şərtlər aşağıdakı kimidir. iShopaz
burada qeyd olunan şərtləri daxili bildiriş sistemi və ya digər rabitə
kanalları vasitəsilə elan etməklə, bu dəyişikliklərin elan tarixindən 15 (on
beş) gün sonra qüvvəyə minməsi şərtilə və əlavə razılıq tələb olunmadan
istənilən vaxt dəyişdirmək hüququna malikdir.
Satıcı qeyd olunan dəyişikliklərlə razılaşmadığı təqdirdə iShopaz-dakı
üzvlüyünü birtərəfli qaydada ləğv edə bilər. Bu halda üzvlük Satıcı
tərəfindən ləğv edildiyi tarixdən etibarən dayandırılmış və ləğv edilmiş
hesab olunur.
- iShopaz burada qeyd olunan xidmət haqlarını və şərtləri daxili
bildiriş sistemi və digər rabitə kanalları vasitəsilə elan etməklə,
dəyişikliklərin elan tarixindən 15 (on beş) gün sonra qüvvəyə minməsi şərtilə
və əlavə razılıq tələb olunmadan istənilən vaxt dəyişdirmək hüququnu özündə
saxlayır.
- Bununla belə, Xidmət Haqqı Şərtlərinin dəyişdirilməsi halında Satıcı 30
(otuz) gün ərzində Satıcı Üzvlük Müqaviləsini birtərəfli qaydada ləğv etmək
hüququna malikdir. Bu halda üzvlük Satıcı tərəfindən ləğv edildiyi tarixdən
etibarən dayandırılmış hesab olunur.
- Müqavilə münasibətləri çərçivəsində göstərilən xidmətin üçüncü şəxslərdən
(kuryer/poçt xidmətləri, banklar və Epoint ödəniş xidməti təminatçısı və s.)
asılı xidmət olması halında, iShopaz müvafiq xidmətlərin qiymət artımlarını
xidmət təminatçısı olan üçüncü tərəflə son qiymət razılaşması əldə edildikdən
sonra 3 (üç) gün ərzində Satıcıya bildirəcək və müvafiq xidmətlər üzrə
bildirişdə göstərilən tarixdən etibarən yeni tariflər qüvvəyə minəcəkdir.
- Alıcı tərəfindən ödənilən satış məbləği iShopaz tərəfindən müəyyən edilmiş
xidmət haqqı komissiyası çıxıldıqdan sonra Satıcının qeydiyyat zamanı təqdim
etdiyi bank hesabına köçürüləcəkdir. Həmin bank hesabının hər hansı bir
səbəbdən bloklanması, bank tərəfindən qara siyahıya salınması və ya digər
bənzər səbəblərdən ödənişin qeyd olunan hesaba köçürülə bilməməsinə görə
iShopaz heç bir halda məsuliyyət daşımır.
- Satıcıya köçürülən ödənişlərdə Satıcı tərəfindən iShopaz-a təqdim edilmiş
məlumatlar əsas götürülür. Bu məlumatların eksik və ya səhv olması səbəbindən
Satıcıya ödənişin köçürülməməsi və ya gecikməsi halında bütün məsuliyyət
Satıcının üzərinə düşür.
>- Xidmət Haqqı tutulduqdan sonra yerdə qalan satış məbləği Satıcının
iShopaz-a bildirdiyi və yalnız Azərbaycan Respublikası hüdudlarında fəaliyyət
göstərən banklarda açılmış bank hesabına (AZN valyutasında) köçürüləcəkdir.
Köçürmədən yaranan və banklar yaxud digər üçüncü şəxslər tərəfindən tələb
olunan hər hansı komissiya və ya xərc olarsa, bu məbləğ də köçürülən satış
məbləğindən çıxılacaqdır.
>- Alıcı ilə Satıcı arasında hər hansı mübahisə yarandığı təqdirdə, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən ödənişin hələ Satıcıya köçürülmədiyi
hallarda Alıcı tərəfindən birtərəfli imtina hüququndan istifadə
edildiyi hallar istisna olmaqla, iShopaz-ın tutulmuş Xidmət Haqqını Alıcıya və
ya Satıcıya geri qaytarmaq öhdəliyi yoxdur.
>- iShopaz-ın Xidmət Haqqı Satıcının aylıq satış dövriyyəsinə və ya
platformada seçdiyi tarif planına əsasən müəyyən edilir. Cari xidmət haqqı
tariflərinə Satıcı panelindən daxil olmaq olar.
>- iShopaz Satıcıların təqdim etdiyi məhsul və xidmətləri qiymətləndirmək və
ya zəruri hesab etdiyi digər hallarda Alıcılar tərəfindən ödənilən məbləğləri
müəyyən müddətə blokda (depozitdə) saxlaya bilər. Blokda saxlanılacaq
məbləğlər və müddətlər barədə iShopaz tərəfindən hər bir Satıcıya fərdi
şəkildə məlumat veriləcəkdir.
>- Təqdim olunan xidmət çərçivəsində Satıcıların adı, ünvanı, domen adı,
markası, məhsulu və ya xidməti vasitəsilə iShopaz-da və ya digər vasitələrlə
özünün birbaşa ödəniş xidməti göstərdiyi təəssüratını yaratması halında,
qanunsuz fəaliyyətlərin qarşısının alınması və qanunvericilikdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi məqsədilə Satıcının ödənişləri iShopaz
tərəfindən qeyri-müəyyən müddətə bloklanır və üzvlüyü müddətsiz olaraq dayandırılır.
Həmçinin iShopaz platformasını yanıltmaq və ya Alıcılara yanlış
məlumat vermək məqsədilə real vəziyyəti əks etdirməyən məlumatlar təqdim
edildiyi təqdirdə, Satıcının ödənişləri müddətsiz bloklanır və iShopaz-ın bu
səbəbdən hər hansı zərəri yaranarsa, həmin zərər bloklanmış vəsaitdən
qarşılanır. iShopaz-ın zərəri bloklanmış məbləği aşarsa, iShopaz qalan zərəri
Satıcıdan tələb etmək və qanuni yollara müraciət etmək hüququna malikdir.
>- iShopaz zəruri hesab etdiyi hallarda ödəniş əməliyyatlarına limit tətbiq
edə bilər. Bu hallarda Satıcı müəyyən edilmiş limitlərə əməl etməyə borcludur
və bu səbəbdən iShopaz-dan hər hansı tələb irəli sürə bilməz.
>- Qüvvədə olan qanunvericilik çərçivəsində ödəniş təşkilatlarından,
banklardan və ya beynəlxalq kart təşkilatlarından (Visa, Mastercard və s.) hər
hansı bir Satıcının əməliyyatı ilə bağlı yazılı yaxud şifahi xəbərdarlıq və ya
cərimə tətbiq olunarsa, müvafiq Satıcının ödənişləri iShopaz tərəfindən dərhal
bloklanır və yaranan hər hansı zərər yaxud cərimə Satıcının bloklanmış
vəsaitindən tutulur. Zərər bloklanmış məbləği aşarsa, qalan hissə Satıcıdan
tələb olunur.
- Qeyd olunan iShopaz Xidmət Haqqına Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş ƏDV (Əlavə Dəyər
Vergisi) və digər dövlət rüsumları daxil və ya xaric ola bilər (Satıcının
seçdiyi tarif planına və hüquqi statusuna əsasən).
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur.
İdarəedici Operator: iShopaz Platforması (VÖEN: 3105823542, Qanuni təmsilçi: SƏLİMOV FƏRİD ELMAN OĞLU).