iShopaz, Satıcılar ilə Alıcıları yalnız onlayn ödəniş imkanı (Epoint ödəniş
sistemi vasitəsilə) təqdim etmək məqsədilə bir araya gətirən texnoloji
platformadır. Satıcılar və Alıcılar qəbul, bəyan və öhdəlik götürürlər ki,
iShopaz platformasının satılan məhsulların hər hansı bir səbəbdən
qaytarılmasına dair heç bir məsuliyyəti yoxdur.
- iShopaz üzərindən Alıcı və Satıcının bir araya gəlməsi ilə qurulan
müqavilə çərçivəsində Satıcının məsuliyyəti, Alıcı tərəfindən satın alınan
məhsulu mümkün olan ən qısa müddət ərzində, tam, eksiksiz, qaydalara
uyğun, qüsursuz və Alıcının platforma üzərindən bildirdiyi məlumatlara
müvafiq olaraq göndərməkdir. Alıcının öhdəliyi isə satın aldığı məhsulun
məbləğini iShopaz tərəfindən müəyyən edilmiş üsulla ödəmək və özünə
göndərilən məhsulu təslim almaqdır.
- Alıcı, satın aldığı fiziki məhsulun özünə təslim edildiyi tarixdən
etibarən 14 (on dörd) gün ərzində qaytarılması və ya dəyişdirilməsi
hüququndan istifadə etməzsə, bu müddətdən sonra məhsulu qəbul etmiş hesab
olunur ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanununun
15-ci maddəsinə əsasən).
- Satın aldığı məhsulu qaytarmaq istəyən Alıcı birbaşa Satıcı ilə əlaqə
saxlamağa borcludur. Satılan məhsulun geri qaytarılması ilə bağlı bütün
məsuliyyət Satıcının üzərindədir. iShopaz platformasının qanunvericiliyə
zidd hallar barədə səlahiyyətli dövlət orqanlarına edəcəyi bildirişlər
istisna olmaqla, Alıcılara bu məsələdə köməklik etmək və ya dəstək
göstərmək öhdəliyi yoxdur.
- Məhsulun qaytarılması halında Alıcı, özünə təslim edilən məhsulu heç
bir zərər vurmadan, əmtəə görünüşünü, istehlak xassələrini, plombunu,
etiketini və ödənişi təsdiq edən sənədi (kassa çeki və ya ödəniş qəbzi)
tam qoruyaraq Satıcıya göndərməlidir. Bu məsələdə bütün məsuliyyət
Alıcının üzərindədir.
- Məhsulun geri qaytarılması zamanı kuryer, daşınma və ya poçt xərcləri,
əgər Satıcı tərəfindən fərqli şərt qeyd olunmayıbsa və ya məhsul qüsurlu
(defektli) deyilsə, Alıcının üzərinə düşür. Alıcı və Satıcı qabaqcadan
qəbul və bəyan edirlər ki, iShopaz platformasının bu xərclər üzrə heç bir
öhdəliyi yoxdur.
- Alıcılar və Satıcılar, məhsulun hər hansı bir səbəbdən qaytarılması
halında, iShopaz tərəfindən tutulan xidmət haqqının / komissiyanın
(ödənişin hələ Satıcıya köçürülmədiyi və Alıcının qanuni imtina hüququndan
vaxtında istifadə etdiyi hallar istisna olmaqla) geri qaytarılması
öhdəliyinin heç bir şərt altında mövcud olmadığını qabaqcadan qəbul, bəyan
və öhdələrinə götürürlər.
Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə ("İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında" AR Qanununun 15-ci maddəsi və AR Nazirlər
Kabinetinin 114 nömrəli Qərarı) tam uyğundur.
İdarəedici Operator: iShopaz Platforması (VÖEN: 3105823542, Qanuni təmsilçi: SƏLİMOV FƏRİD ELMAN OĞLU).