1. TƏRƏFLƏR:

SATICI:

Adı – Soyadı / Adı : (Sifariş verildiyi an müvafiq mağaza sahibi tərəfindən doldurulur)

VÖEN və ya FİN :

Ünvanı :

Telefon :

E-poçt :

VASİTƏÇİ (TEXNOLOJİ PLATFORMA VƏ ELEKTRON TİCARƏT OPERATORU):

Operator : iShopaz Platforması

VÖEN : 3105823542

Qanuni Təmsilçi : SƏLİMOV FƏRİD ELMAN OĞLU

E-poçt : support@ishopaz.com

Əlaqə telefonu : +994 10 465 57 55

Ünvanı : Bakı şəhəri, Azərbaycan Respublikası

ALICI (İSTEHLAKÇI):

Adı – Soyadı : (Sifariş rəsmiləşdirilərkən daxil edilən ad soyad)

Çatdırılma Ünvanı :

Telefon :

E-poçt :

SATIN ALINAN MƏHSUL VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ:

Məhsulun Adı :

Miqdarı :

Çatdırılma Haqqı : Çatdırılma xərcləri, əgər Satıcı tərəfindən fərqli şərt göstərilməyibsə, Alıcının üzərinə düşür.

Yekun Məbləğ : (AZN ilə)

Ödəniş Üsulu : Bank kartı (Epoint sistemi vasitəsilə 3D Secure onlayn ödəniş)

2. MƏLUMATLANDIRMA VƏ HÜQUQİ ƏSASLAR

2.1. Bu Form "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanunu və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanununa uyğun olaraq Alıcının məsafəli alqı-satqı müqaviləsi qurulmazdan əvvəl məhsulun xassələri, yekun qiyməti, çatdırılma və geri qaytarma qaydaları haqqında ətraflı məlumatlandırılması məqsədilə təqdim olunur.

2.2. Alıcı bu Formu elektron mühitdə təsdiqləməklə məhsulun xüsusiyyətləri, vergilər daxil yekun qiyməti, ödəniş və çatdırılma şərtləri, eləcə də 14 gün ərzində qaytarılma hüququ barədə dürüst məlumat aldığını təsdiq edir.

3. QAYTARILMA HÜQUQU VƏ QANUNİ MƏHDUDİYYƏTLƏR

3.1. Alıcı fiziki məhsulu təslim aldığı gündən 14 gün müddətində keyfiyyəti müvafiq olduqda belə dəyişdirmək və ya qaytarmaq hüququna malikdir ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu, Maddə 15). Məhsulun əmtəə görünüşü, qablaşdırması və çeki saxlanılmalıdır.

3.2. AR Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli Qərarı və e-ticarət qaydalarına uyğun olaraq, fərdiləşdirilmiş mallar, gigiyenik/kosmetik məhsullar, açılmış proqram təminatı və anında təqdim edilən qeyri-maddi rəqəmsal məhsullar (e-kitablar, onlayn kurslar, proqram lisenziyaları) geri qaytarılmır.