Satıcılar, Məhsulları aşağıda qeyd olunan və iShopaz tərəfindən hər zaman birtərəfli qaydada dəyişdirilə bilən qaydalara uyğun olaraq yerləşdirəcəklərini, Məhsulların müəyyən edilmiş qaydada yerləşdirilmədiyi aşkar edildikdə, iShopaz-ın üzvlüyün dayandırılması və ya ləğv edilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq hər cür tədbir görə biləcəyini əvvəlcədən qəbul, bəyan və öhdələrinə götürürlər.
- Hər hansı bir Məhsula aid olan səhifədə yalnız həmin Məhsula dair satış və təqdimat həyata keçirilə bilər. Qeyd olunan Məhsuldan kənar digər mal və xidmətlərin satışı və təqdimatı həmin səhifə üzərindən həyata keçirilə bilməz.
- Alıcılar və Satıcılar, iShopaz platformasında axtardıqları mal və ya xidmətlərə dair sorğu/elan (məsələn, "bu məhsulu axtarıram" tipli) yerləşdirə bilməzlər.
- Alıcılar və Satıcılar, iShopaz platformasında məhsulların barter (dəyişdirilməsi) məqsədilə elanlar yerləşdirə bilməzlər.
- Satıcılar, platformada inteqrasiya edilmiş onlayn bank kartı (Epoint) vasitəsilə ödəniş xaricində hər hansı digər kənar ödəniş üsulu ilə (məsələn, birbaşa karta köçürmə) satışa dair elanlar və ya yönləndirmələr yerləşdirə bilməzlər.
- Satıcılar, işlənmiş (ikinci əl) Məhsulların satışını, bunun üçün nəzərdə tutulmuş xüsusi kateqoriyada və ya məhsul təsvirində bunu aydın göstərməklə həyata keçirməyə borcludurlar.
- Satıcıların satışa çıxardıqları Məhsulla birbaşa əlaqəsi olmayan açar sözlərdən, marka və ya model adlarından istifadə etməsi, çaşdırıcı məlumatlar təqdim etməsi yaxud yalnız diqqət çəkmək və axtarış nəticələrində yuxarı çıxmaq üçün təkrarlanan məzmunlar daxil etməsi qadağandır.
- Məhsullara aid reklam və təsvirlərin alıcıları çaşdıran, aldadan, yanlış, eksik yaxud ictimai sağlamlığı pozan xarakterdə olması qadağandır. Müalicəvi təsiri elmi cəhətdən sübut olunmamış, xəstəlikləri önlədiyi təsdiqlənməmiş dərman vasitələrinin və ya qida əlavələrinin tibbi iddialarla satışa çıxarılması qəti qadağandır.
- Satıcı, satışa çıxardığı Məhsulu həm "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq normativ aktlarına, həm də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik müddəalarına uyğun olaraq düzgün kateqoriyada yerləşdirməyə borcludur. Satıcının bu qaydalara əməl etməməsi səbəbindən iShopaz platformasının məruz qala biləcəyi inzibati cərimələr daxil olmaqla, hər cür zərəərə görə Satıcı məsuliyyət daşıyır.
- Məhsul yerləşdirərkən digər Satıcıların məhsul şəkillərini və məhsul təsvirlərini icazəsiz olaraq eynilə və ya cüzi dəyişikliklərlə istifadə etmək qadağandır.
- Məhsul başlıqlarında, təsvirlərində və kateqoriyalarında kobud ifadələrdən, təhqir və jarqonlardan istifadə etmək qadağandır.
- Satıcıların digər Satıcıları nüfuzdan salması, onların məhsullarını qaralaması və təhqir etməsi qadağandır.

Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə ("Elektron ticarət haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunları) tam uyğun olaraq tətbiq olunur.